Sığorta

Azərbaycan Mərkəzi Bankı sığortaçılar seçib

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin və nəqliyyat vasitələrinin sığortalanması ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.

ENA.az AMB-yə istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "PAŞA Sığorta" və "Atasığorta" ASC-lərdir.

Qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)