Sənaye

SOCAR-da yeni təyinat olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəhbəri dəyişib.

Məlumata görə, İdarəyə Rəşid Ağakişiyev Cəlal oğlu rəhbərlik edəcək. O, sözügedən vəzifədə Adil Vəliyev Məmməd oğlunu əvəz edib.

Rəşid Ağakişiyev 2022-ci ilin may ayından SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Neft-qaz sənayesində zəngin təcrübəyə malikdir.
Belə ki, 2003-cü ildən etibarən o bu sahədə fəaliyyətdə olan şirkətlərin rəhbərliyində çalışıb. Bu şirkətlərə “Det.Al”, “Prokon” MMC, “SOCAR Construction” kimi şirkətləri aid etmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)