Neft pullarının 53 milyarda yaxını sərmayə üçün ayrıldı
024-cü il üçün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin orta həcmi 52,6 milyard dollar təşkil edəcək. Bu, 2023-cü ildəkindən 15,1% (45,7 milyard dollar) çoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi sənədlərə əsasən, Dövlət Neft Fondunun vəsaitlərinin 2024-cü il üçün istifadəsi Proqramına uyğun olaraq, gələn il fondun investisiya siyasətinin əsas məqsədi kapital itkisi riskinin aşağı olduğu şəraitdə maksimum gəlir əldə etməkdir.
ARDNF-nin investisiya portfelinin baza valyutası ABŞ dollarıdır. Proqrama əsasən, investisiya portfeli fondun aktivlərindən 65% ABŞ dolları (2023-cü ildə - 65%), 20% - avro (2023-cü ildə - 20%), 5% - funt sterlinq, 10% - digər valyutalarda olacaq.
Şərtlərə əsasən, fondun investisiya portfelinin maksimum 5% kənara çıxma intervalı ilə 2024-cü il ərzində 50%-i borc öhdəliklərinə və pul bazarı alətlərinə (2023-cü ildə - 50%), daşınmaz əmlakda 10%-ə, qızılda 15%-ə qədər (2023-cü ildə - 15%) maksimum 25%-i isə portfel səhmlərinə yerləşdirilməlidir.
Dövlət Neft Fondunun likvidliyini və nəzərdə tutulan xərclərin vaxtında yerinə yetirilməsini təmin etmək üçün fond daim yüksək likvidliyə malik qısamüddətli pul alətlərində azı 100 milyon ABŞ dolları ekvivalentində saxlamalıdır.
Proqrama əsasən, xarici şirkətlər tərəfindən idarə olunan fond vəsaitlərinin həcmi ARDNF-nin investisiya portfelinin 60%-dən çox ola bilməz. Eyni zamanda, bir idarəetmə şirkəti investisiya portfelinin 5%-dən çoxunu ala bilməz.
1999-cu ilin dekabrında yaradılmış Azərbaycan Neft Fondunda neft müqavilələrinin icrasından, xüsusən də neft və qazının satışından dövlətin gəlirləri, neft və qazın ölkə ərazisindən nəqli üçün tranzit tariflərindən, icarədən əldə olunan gəlirlər toplanır.
30 sentyabr 2023-cü il tarixinə ARDNF-nin aktivləri 55 milyard 524 milyon dollardır.