Banklar hərracdan dollar aldı - MƏBLƏĞ

Dövlət Neft Fondu valyuta hərracında banklara 79,9 milyon dollar satıb.
“Dekabrın 26-da keçirilən hərracda tələb 79,9 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB məlumatında bildirilib.
Qeyd edək ki, dekabrın 21-də keçirilən hərracda banklara 89,7 milyon dollar məbləğində xarici valyuta satılmışdı.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.