Rəsmi

Prezidentdən fondla bağlı fərman

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.

Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 4.7.1-3-cü yarımbənd əlavə edilsin:

“4.7.1-3. bu Nizamnamənin 4.14-cü bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş qərarı qəbul edir;”.

2. 4.14-cü bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“İcraçı direktor olmadıqda Şuranın qərarı ilə, müvəqqəti olmadıqda isə İcraçı direktorun əmri ilə müavinlərindən biri onu əvəz edir.”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)