Bank

Bank Respublika əməkdaşları kimsəsiz uşaqlar üçün Gizli Santa oldular!

Keçirdiyi sosial yönümlü layihələrlə hər zaman seçilən Bank Respublika və “Sabah” FK, Yeni il ərəfəsində daha bir birgə xeyirxah layihəyə imza atıb.

Yeni ilin möcüzəsini və sevincini uşaqlara bəxş etmək istəyən Bankın əməkdaşları Qadın və Uşaq Sığınacağında məskunlaşmış valideyn himayəsindən məhrum olmuş uşaqların Santa Klausa ünvanladığı arzuları həyata keçirərək onlara müxtəlif hədiyyələr alaraq onların Gizli Santasına çevriliblər.

Layihə çərçivəsində uşaqların Bank Respublika İT LAB-na səfəri təşkil olunub və burada uşaqlara maraqlı ekskursiya təşkil edilib. Daha sonra uşaqları şam ağacının ətrafında toplayan Santa Klaus uşaqların arzu etdikləri hədiyyələri onlara təqdim edib. 

Uşaqların “Sabah” FK futbolçuları ilə görüşü də onlarda böyük sevinc hissi yaradıb. Santadan qapıçı əlcəyi istəyən uşaqlardan birinin arzusunu “Sabah” FK və Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov yetirərək ona öz əlcəyini hədiyyə edib. Futbolçular uşaqları bayram münasibətilə təbrik edib, klub tərəfindən hazırlanmış bayram hədiyyələrini təqdim edib, uşaqlarla stolüstü futbol oynayıb.

Əyləncəli bayram tədbiri uşaqlar tərəfindən böyük sevinc qarşılanıb. Bayram şənliyində uşaqlar Santa ilə birlikdə mahnı oxuyub, şeir söyləyib doyunca əyləniblər.

Daha ətraflı məlumatı bankın rəsmi saytındafacebookinstagramlinkedintelegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)