Dövlət büdcəsinin icrası qaydası dəyişdi
Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.
ENA.az-ın xəbərinə görə, indiyə qədər qüvvədə olan qaydaya əsasən, təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində büdcə təşkilatlarına çatdırıb.
Dəyişikliyə əsasən, bu müddət bir aydan 5 iş gününə endirilir.
Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.