Valyuta hərracında dollar alışı kəskin artdı

Bugün Dövlət Neft Fondu (ARDNF) valyuta hərracında banklara 89,7 milyon dollar satıb. Dekabrın 19-da keçirilən hərracda banklara 76,5 milyon məbləğində xarici valyuta satılmışdı.
“Dekabrın 21-də keçirilən hərracda tələb $89,7 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-nin məlumatında bildirilir.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.