Hyundai Rusiyadakı obyektini satmağa alıcı tapdı
Cənubi Koreyanın avtomobil şirkəti Hyundai Rusiyadakı istehsal obyektini satmaq qərarına gəlib.
Hyundai-nin verdiyi açıqlamada 2022-ci ilin mart ayından Rusiyada fəaliyyətlərin dayandırıldığı xatırladılıb və ölkədəki istehsal müəssisəsinin satışına qərar verildiyi açıqlanıb.
"Şirkət bu gün direktorlar şurasının iclasını keçirdi və Hyundai Motor Production (HMMR MMC) Rusiyadakı bütün səhmlərinin "Art-Finance" MMC-yə satılması planını təsdiqlədi", - deyə Hyundai şirkətinin yekun detalları üzərində işlədiyi bildirilib.
Reuters daha əvvəl elan etmişdi ki, Hyundai Rusiyadakı istehsal obyektini satmaqla itkilərini təxminən 219,2 milyon dollar azaldacaq.