Birja

Bitkoin kəskin bahalaşır. Son bir gündə ən çox bahalaşan TOP-3 koin

Bitkoinin qiymətindəki son artıb azalmalarda faizlərin yüksək olması diqqət çəkir. ENA.az xəbər verir ki, dünən 40 min dolların üzərində alış-veriş edilən Bitkoin bu gün 43 min dollara yaxındır.

Hazırda BTC / USD 42,913,33 dollardır. Bitkoin son 24 saat ərzində 19,57 milyon dövriyyə ehtiyatı ilə 4,17% bahalaşıb. 

Cari bazar kapitallaşması isə 840,00 milyard dollardır. 24 saatlıq ticarət həcmi 25,95 milyard dollardır. 

Ən çox bahalaşan TOP-3 koinlər isə bunlardır: Streamr - 74,73%, Bounce Token - 45,73%, Sei-35,82%. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)