Sosial iqtisadiyyat

Qırmızı dənizdə hərbi əməliyyat qrupu yaradıldı

Qlobal ticarətin mühüm marşrutlarından biri olan Qırmızı dənizdə husi yaraqlılarının ticarət gəmilərinə qarşı artan hücumları fonunda ABŞ xüsusi hərbi qrup yaratmağa qərar verib.

ABŞ Müdafiə naziri Lloyd Austin bölgədəki ticarət gəmilərini qorumaq vəzifəsi ilə İngiltərə, Kanada, Fransa və İtaliya da daxil olmaqla bir sıra ölkənin iştirakı ilə koalisiya qüvvələri qurduqlarını açıqlayıb.

Husilərin hücumlarına işarə edən Austin, "Bu, kollektiv hərəkət tələb edən beynəlxalq bir çağırışdır" dedi.

Dünya ticarətinin 12 faizinin keçdiyi Qırmızı dənizdə hücumlar İsrailin İranın dəstəklədiyi HƏMAS-a qarşı quru əməliyyatlarından sonra sürətlənib.

Logistika nəhəngi Maersk keçən həftə bütün yük gəmilərinin Qırmızı dəniz səyahətlərini dayandırdığını açıqladı. Nəhayət, bazar ertəsi BP neft gəmiləri üçün də eyni qərarı verdi.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)