Gündəm

Azərbaycana xaricdən 90 avtobus gətirilib

2023-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 75 058 ədəd minik avtomobili, 5 756 ədəd yük avtomobili, 90 ədəd avtobus idxal olunub.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Yanvar-oktyabr ayında Azərbaycana ümumilikdə 6 milyon 94 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 87.2% azdır.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda azalma 74.2% olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)