Yaşayış evlərinin tikintisi azaldı
![](https://ena.az/uploads/news/2023-12/_ena_8dcfd4366a6497741c9a7ed4a_o.jpg)
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 84,2 min kvadratmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 12% azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 805 milyon manat olub. Bu isə 5,5% azalma deməkdir.
2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 24,8% azdır. 2022-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 925,4 milyon manat (azalma 5,8%) təşkil edib.