DOST Mərkəzinin tikintisinə 9 milyon manat ayrılacaq

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Sumqayıt DOST Mərkəzinin tikintisinə və müxtəlif avadanlıqların alınmasına 9 milyon manata yaxın vəsait yönəldəcək.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən xəbərə görə, “ALLINTERTORG” və “MAC CONSTRUCTION” şirkətlər konsorsiumu ilə 8 milyon 999 min 266,61 manat məbləğində müqavilə bağlanıb.
İşlərin yerinə yetirilmə müddəti 12 dekabr 2024-cü ilə qədərdir.