Sənaye

Ağdamda divar kağızlarının istehsalına başlanılacaq - QAFQAZDA İLK

Ağdam Sənaye Parkında “Mister dekor” MMC tərəfindən divar kağızları istehsalı müəssisəsinin inşasının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Fabrik təkcə Azərbaycanda deyil, Qafqazda divar kağızı istehsal edən ilk müəssisə olacaq.

MMC-nin rəhbəri Əli Əliyev bildirib ki, investisiya dəyəri 7 milyon manat olan müəssisənin 2024-cü ilin yazında istehsala başlaması planlaşdırılır: “Artıq avadanlıqlar gətirilib. Xaricdən mütəxəssislər dəvət edilib. Müəssisədə filizilin tərkibli yuyulan və yuyulmayan divar kağızları istehsal olunacaq. Müəssisə tam gücü ilə işə düşəndə illik 2 milyon rulon divar kağızı istehsal etməyi hədəfləmişik. Məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Fabrikdə 60 nəfər işlə təmin olunacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)