Vakansiyalar

SOCAR Downstream Management işçi axtarır - VAKANSİYA

SOCAR Downstream Management

İstehsalat üzrə mühəndis (əmtəə sahəsi)

 Son tarix 12 yan 2024 

Vəzifənin məqsədi:

Qurğunun SƏTƏM standartlarına uyğun olaraq normal işlədilməsinə nəzarət edir. Qurğunun istismara verilməsi, dayandırılması və təcili müdaxiləsi zamanı texniki və inzibati rəhbər tərəfindən təyin edilən təlimatlar əsasında iştirak edir. Gündəlik təmir planı çərçivəsində lazımi hazırlıqların aparılmasına nəzarət edir, müvafiq prosesləri izləyir və problemlərin aradan qaldırılması üçün həll yolları təklif edir. İstehsalat təlimatları, prosedurları, təlimat kitabçası və digər sənədləri mütəmadi olaraq nəzərdən keçirir, lazımi düzəlişləri təklif edir və mövzu ilə bağlı lazımi təlimlərin aparılmasını təmin edir. 

Vəzifə öhdəlikləri:

  • İş Sağlamlığı, Təhlükəsizliyi və Ətraf Mühit Mədəniyyətinə uyğun davranmaq, əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət etmək, uyğunsuzluq aşkar edildikdə üst mövqedə olan şəxsə və səlahiyyətli işçilərə SƏTƏM haqqında məlumat vermək;
  • Sahənin işçiləri tərəfindən əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının və gigiyenasının normalara uyğun saxlanmasını, mülki müdafiənin norma və qaydalarına, həmçinin müəssisədaxili intizam qaydalarına riayət olunmasını təşkil və təmin etmək;
  • Çən və avadanlıqların istismara verilməsi ve sonrasındakı proseslə əlaqədar texniki sənədləri araşdıraraq məsuliyyət sahəsi daxilində olan proseslərin bu texniki sənədlər əsasında tətbiq olunmasını təmin etmək;
  • Sahələri texnoloji reqlamentlər, lazımi işçi təlimatları, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi təlimatları və digər lazımı sənədlərlə təmin etmək, onlara əməl olunmasını təşkil etmək;
  • Əmtəə məhsulları və komponentlərin keyfiyyətinin analizi üçün sifariş vermək, nümunələrin göndərilməsinə nəzarət etmək, yaranmış problemlər haqda rəhbərliyə vaxtında məlumat vermək;
  • Əmtəə parkının əsas istehsal obyekləri ilə dəqiqləşdirmə və razılaşdırma işlərini yerinə yetirərək neft və neft məhsullarını uyğun çənlər üzrə qəbuluna, saxlanılmasına, sudan təmizlənməsinə, nümunələrin labaratoriyaya vaxtlı-vaxtında göndərilməsinə və məhsulların itkisiz göndərilməsinə/yüklənməsinə nəzarət etmək;
  • Dəmiryol sisternlərin doldurulması üçün lazım olan vasitələrin (şlanq, siyirtmə və s.), kanalizasiya sisteminin, komunikasiya xidmətlərinin daim saz olmasına nəzarət etmək;
  • Yeni texnikanın və avadanlıqların vaxtında mənimsənilməsi və texnologiyanın təkmilləşdirilməsi üzrə təşkilati-texniki tədbirlərin işlənməsində iştirak etmək;
  • Neft və neft məhsullarının qəbulunu təşkil etmək, onların keyfiyyətlərinin mövcud standartlar və texniki şərtlərin tələblərinə müvafiq olmasına nəzarət etmək;
  • Məsul olduğu sahədə yeni texnika və texnologiyanın tətbiqində, habelə görülən işlərin keyfiyyətinin və əmək məhsuldarlığının artırılmasına dair tədbirlərin həyata keçirilməsində bilavasitə iştirak etmək;
  • Sahənin fəaliyyəti üçün lazım olan mal-materiallar, ehtiyat hissələri, köməkçi materiallar alınmasını, işçilərin xüsusi geyimlərlə və fərdi mühavizə vasitələri və s. ilə təmin olunmasını təşkil etmək;
  • Avadanlıq və aparatların düzgün texniki istismarını təmin etmək;
  • Qəbul edilən və ötürülən (göndərilən) neft və neft məhsulların dəqiq uçotunu təşkil etmək, hesabatların vaxtlı-vaxtında düzgün aparılmasını təmin etmək;
  • Məsul olduğu sahədə cihaz və avadanlıqların təmiri üçün qüsur cədvəllərini hazırlamaq, aparılan təmir işlərinin icrasına nəzarət etmək;
  • Zavod rəhbərliyi tərəfindən təşkil edilən yoxlamalarda iştirak etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
  • İstehsalat Müdirliyi və ya digər əlaqəli bölmələr tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək, "kök səbəb", "xəta tapma" və s. işlərə və məsul olduğu sahə üçün başladılan işlər (RBI, Varlıq rəhbərliyi və s.) ilə istehsalat mükəmməlliyi fəaliyyətlərinə qatılmaq;
  • Lazımi xüsusi hallarda On-Call vəzifəsini və məsuliyətini standartlara və prosedurlara uyğun olaraq yerinə yetirmək;
  • Vəzifə sahəsi ilə bağlı böyük mühəndis və aparıcı mühəndis tərəfindən ona verilən vəzifələrin yerinə yetirmək.

Tələblər:

  • Kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və ya mexanika mühəndisliyi üzrə ali təhsil;
  • İngilis dilində mükəmmət ünsiyyət, yazı və oxuma qabiliyyətinə malik olmalı;
  • Texniki sənəd üçün məlumatların oxunması (Texnoloji sxem, Məntiq Diaqramı, Avadanlığın pasportu, Səbəb və Təsir Diaqramı və s.);
  • Məsul olacaq qurğu haqqında texniki bilik;
  • Sadə mühəndislik hesablamaları bilikləri;
  • Analitik düşüncə;
  • Etik davranış;
  • Öyrənmə ve inkişaf;
  • Məsulliyyət götürmə;
  • Problem həll etmə.

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “İstehsalat üzrə mühəndis (əmtəə sahəsi)” yazmaqla recruitment@socardownstream.az elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 24.12.2023

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)