Azərbaycanda kiçik sahibkarların vergi güzəşti ləğv edildi - İqtisadçı narazıdır
“İctimai çağırışlara və təpkilərə baxmayarq hökumətin vergi xidməti xırda biznes üzərində qələbə çaldı”.
ENA.az məlumatına görə, bunu Vergi Məcəlləsinə edilən son dəyişikliyə qiymət verən iqtisadçı Rövşən Ağayev bildirib. O, sözügedən dəyişikliyi mənfi qiymətləndirib.
“Parlamentdə artıq 3-cü oxunuşda da qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklər yanvarın 1-dən etibarən 3-dən az işçisi olan, eləcə də təkbaşına fəaliyyət göstərən mikrosahibkarlar üçün güzəştli vergi dərəcəsini (5%) ləğv edərək 20%-ə qaldırır.
Müqayisə üçün deyim ki, azərbaycanlı həmkarlarından daha çox vergi toplayan Gürcüstan vergi orqanı illik dövriyyəsi 165 min ABŞ dolları (270 min manata yaxın) olan xırda sahibkarlıq subyektlrinin gəlirlərini 1% dərəcə ilə vergiyə cəlb edirlər”, - R.Ağayev bildirib.