Bank

“Kapital Bank” daha 9 vətəndaşın özünüməşğulluğuna dəstək oldu

“Kapital Bank” ASC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 9 vətəndaşa dəstək göstərib.

Naxçıvan MR-dan müraciət edən Əliabad qəsəbə sakini Azadə Bəylərovaya, Naxçıvan şəhər sakini Nahidə Kərimovaya və Şərur rayonunun 4 sakini Faiq Bayramov, Kəminə Həsənova, Yeganə Şirəliyeva, Əfsanə Süleymanovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar alınıb. Culfa rayonundan müraciət edən Zeynəb Xəlilova kiçik dərzi sexi, Elnur Hacıyev isə avtotəmizləmə xidmətləri göstərmək üçün lazımi avadanlıqlarla təmin edilib. Eləcədə Ağdam rayon sakini Gülnar Ağayevaya da un məmulatları hazırlamaq üçün gərəkli avadanlıqlar alınıb.

Bununla da, “Kapital Bank”ın memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərdiyi vətəndaşların sayı 141 nəfərə çatıb.

Xatırladaq ki, layihə Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)