MALİYYƏ

Mərkəzi Bank “Naxçıvansığorta”nın lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı könüllü müraciət əsasında “Naxçıvansığorta”nın lisenziyasını ləğv edib.

ENA.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda bildirilir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib.

“Naxçıvansığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)