Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirlər azalıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə etdiyi gəlirləri 6 353,8 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 30.6% azdır.
ARDNF-dən verilən məlumata görə, 2022-ci ilin eyni dövründə bu göstərici 9 161 mln. ABŞ dolları səviyyəsində olub.