Gündəm

SON DƏQİQƏ: Azərbaycanda növbədənkənar prezidenti seçkiləri elan edildi – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2023 cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilmiş və həmin seçkilərdə İlham Əliyev Heydər oğlu 3 394 898 səslə və ya 86.02% səs çoxluğu ilə Prezident seçilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)