Gündəm

Azərbaycanda güclü zəlzələ olub, zəif afterşoklar davam edir - YENİLƏNİB

Hazırda zəif afterşoklar gedir.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.

08.48

Xəzər dənizində zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

***

Azərbaycanda güclü zəlzələ baş verib.

ENA.az xəbər verir ki, zəlzələ Bakı sakinləri tərəfindən hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirib ki, ilkin məlumata əsasən Azərbaycan ərazisəndə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)