PAŞA Bank işçi axtarır - VAKANSİYA
Pasha Bank
Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis
Son tarix 06 yan 2024
İşiniz nədən ibarətdir?
- Xarici və daxili müştərilərdən daxil olan zənglərə 7/24 iş qrafika əsasən cavab verilməsi, Müştəriləri Bankın xidmətləri, məhsulları və tarifləri barədə prosedurlara əsasən məlumatlandırılıması;
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi;
- Şikayət və təkliflər ilə iş: hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılması, geydiyyatının *açıq* statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabın təqdim edilməsi;
- Gecə saatlarında Şübhəli Əməliyyatlarının idarə edilməsi;
- Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstəyin göstərilməsi;
- Müvafiq Bank proqramı vasitəsi ilə real vaxt rejimində Bank-ın məhsul və xidmətlərdə yaranan ümumi problemlərin nəzarəti və müştərilərin məlumatlandırması;
- Müxtəlif alternativ kanallar vasitəsilə daxil olan müştərilərin və bank əməkdaşlarının sorğularının idarə edilməsi (müştərilər üçün nəzərdə tutulmuş elektron ünvanı , Sosial mediya-dan daxil olan sorğular və s.) , Bankın bütün strukturlarına dəstəyin göstərilməsi (daxil olan sorğularının araşdırılması, gedən zənglər, sorğular);
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməs;
- Müştərilərə müxtəlif kanallar vasitəsi ilə (SMS, EMAİL, PUSH, FCDB) məlumatlandırmaların icra edilməsi;
- Müvafiq Bank proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi;
- Məhsul, xidmət və kampaniyalar barədə məlumatları Bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsəməsi;
- Yeni işçilərə təlimlərin keçirilməsində, mütəmadı olaraq yeni məhsul , xidmət və ya kampaniya ilə bağlı təlimlərin təşkil edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-2 il
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, , Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Korporativ bankçılıq məhsulları
- Başqa tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı
MÜRACİƏT