Qeyri-Bank

Dövlət BOKT-u 11 əmlakı satışa çıxartdı

“Aqrarkredit” QSC-nin balansındakı problemli aktivlərin idarəolunması ilə bağlı təkliflərin müzakirəsi barədə Azərbaycan Respublikasının İqtisadi Şurası iclasının qərarının icrası ilə əlaqədar birbaşa müsabiqə yolu ilə və hərrac vasitəsilə 164 167,77 manat dəyərində 28 daşınar əmlak və 2 280 227,62 manat dəyərində 19 daşınmaz əmlak satılıb.

ENA.az xəbər verir ki, “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə veriməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının fəaliyyət Qaydalarına əsasən Müsabiqə Komissiyasının qərarına uyğun olaraq 8-i qeyri-yaşayış sahələri, 2-i torpaq sahəsi və 1 ədəd fərdi yaşayış evindən ibarət olmaqla cəmi 11 əmlakın 19 706 660,0 manat ilkin satış qiyməti ilə hərrac vasitəsilə satışına hazırlıq görülür.

Hazırda əmlakların satışı ilə bağlı  tədbirlər davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)