Bank

"Fed"in zərəri 122 milyard dolları aşdı - SƏBƏB

Fed-in 2023-cü ildə itkisi artmaqda davam edir. ENA.az xəbər verir ki, məlumatlara görə, FED-in 29 noyabr həftəsinə olan itkisi 122 milyard dolları keçib.

Qeyd edək ki, Fed-in 2022-ci ilin martında sərtləşdirmə dövrünə başlayan passiv öhdəlikləri 2022-ci ilin sentyabrında mənfiyə çevrildi. Bankın zərəri 2023-cü ilin sentyabrına qədər 100 milyard dollar həddini keçmişdi. Fed qiymət sabitliyi istiqamətində gördüyü işlərə görə gəlir və xərclərlə üzləşir.

Bankın gəlirləri açıq bazar əməliyyatları vasitəsilə əldə edilmiş qiymətli kağızlar üzrə faizlərdən və tənzimləmə, nəzarət haqlarından formalaşır.

Xərclər tərəfində ehtiyat qalıqları üzrə ödənilən faizlər, əks repo ilə satılan qiymətli kağızlar üzrə ödənilən faizlər və s əməliyyat xərcləri var.

FED-in tarixinə nəzər salsaq, onun gəlirləri ümumiyyətlə əməliyyatların xərclərini üstələyib. FED-i tənzimləyən qanuna uyğun olaraq, FED-in gəlirləri ABŞ Xəzinədarlığına köçürülür.

2012-ci ildən 2021-ci ilə qədər FED ABŞ Xəzinədarlığına 800 milyard dollardan çox vəsait köçürüb.

Uçot faizlərinin sürətlə artması və bunun nəticəsində FED-in faiz xərclərinin artmasının ardından xərcləri 2022-ci ilin sentyabr ayından gəlirlərini aşmağa başladı.

Fed-in xərcləri gəlirlərini aşdıqda, Fed mənfi öhdəliyi "təxirə salınmış aktiv" edir.

Fed müsbət xalis gəlir əldə etməyə başladıqdan sonra, təxirə salınmış aktivin dəyərini sıfıra çatana qədər ödəyəcək və bundan sonra Xəzinədarlığa pul köçürmələri davam edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)