Marketinq və reklam

AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası

Sizin yerli Avropa bankınız – AccessBank biznes müştəriləri üçün əlverişli endirim kampaniyasına start verir.

Kampaniya çərçivəsində yeni biznes müştəriləri üçün AccessBankın internet səhifəsində dərc edilmiş komissiyalar əvəzinə ölkə daxilinə yalnız internet bankinq üzrə olan köçürmələr üçün 0.04% (min.0,4 AZN - max. 50 AZN), ölkə xaricinə hər köçürmə əməliyyatı üzrə isə 0.15% (min. 30 USD ekv. - max. 200 USD ekv.), eləcə də nağd vəsaitin verilməsi üzrə 0.3%, MyCard Business kartının sifarişi üçün isə cəmi 10 AZN komissiya təklif edilir

Sahibkarlar üçün hər valyutada ilk biznes hesabının açılması komissiyasızdır. Əmək haqqı layihələri üzrə əmək haqqı kartları - ödənişsizdir.

Ölkədə sahibkarlıq fəaliyyətinə dəstək üçün nəzərdə tutulan yeni, müştəriyönümlü  kampaniyamız 1 aprel 2024-cü ilə qədər qüvvədədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)