Aqrar

Nazir kənd təsərüfatı sahəsində çalışan sahibkarlarla görüşüb

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov sahibkarlarla görüşüb.

Görüş Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilib. Görüşdə 100-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin və Konfederasiyanın birgə məlumatında qeyd olunur ki, görüşdə sahibkarlar kənd təsərrüfatı məhsullarının emalı və emal edilmiş məhsulların satışı zamanı yaranan vergi məsələləri, eləcə də, aqrar məhsulların ixracı zamanı ƏDV-nin geri qaytarılması mexanizminin təkmilləşdirilməsi məsələlərinə toxunublar.

Bundan başqa, ixrac bazarının genişləndirilməsi, qida zəncirinin qurulması, kadr çatışmazlığı, xammala güzəştlərin tətbiqi, dövlət dəstəyi mexanizmlərində keyfiyyət məsələlərinin nəzərə alınması, tez xarab olan kənd təsərrüfatı məhsullarının daxili və xarici bazarlara çatdırılmasındakı çətinliklər, işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatının inkişafı üçün imkanların yaradılması məsələləri müzakirə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)