Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi
SSRİ Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verilib.
ENA.az Manset.az-a istinadən xəbər verir ki, sabiq deputatın 23 yaşlı nəvəsi Zeynəb Xanlarovaya (Babayeva) Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində yeni vəzifə verilib.
Qeyd edək ki, vəzifə verilən xanım SSRİ Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın oğul nəvəsidir. Sənətkar bu il dekabrın 28-də 87 yaşını qeyd edəcək.