Sənaye

“Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsinə başlayıb.

Cümə günü qurumdan jurnalistlərə bildirilib ki, özəlləşdirmə komissiyası müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin inventarlaşdırılmasını aparıb və onun 17 milyon 59 min manat məbləğində nizamnamə kapitalı müəyyən olunub.

“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, “Bakı Mərmər Qranit”in icraçı direktoru Müşviq İbadov bildirib ki,COVID-19 pandemiyasının pik dövründə fəaliyyətini dayandırmış müəssisədə avadanlıqların bərpası istiqamətində müəyyən işlər həyata keçirilib.

“Müəssisədə mərmər və qranitin kəsilməsi, cilalanması və digər proseslər həyata keçirilə bilər. Burada Türkiyə, Almaniya, Rusiya, İtaliya və Çindən alınmış avandanlıqlar quraşdırılıb”, - deyə o qeyd edib.

Müəssisənin illik istehsal gücü 300 min kv.m təşkil edir.

M.İbadovun sözlərinə görə, hazırda müəssisədə 45 nəfər çalışır. Gələcəkdə iş yerlərinin sayı 210-a çatdırılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)