BİZNES

“Trendyol”un Azərbaycanda 3 milyondan çox istifadəçisi var

Biz inanırıq ki, bu il “InMerge Innovation Summit” innovasiyanın gələcəyə doğru növbəti addımı olacaq. Hamımız bilirik ki, innovasiya yenilik və rahatlıq gətirir. Bu il biz “Trendyol” olaraq Azərbaycanda “PAŞA Holding” ilə əməkdaşlığa başlamışıq.

Bunu “InMerge Innovation Summit”də çıxışı zamanı Türkiyənin “Trendyol Group” şirkətinin direktoru Erdem İnan deyib.

O, “PAŞA Holding” ilə Azərbaycanda bir sıra layihələr planlaşdırdıqlarını qeyd edib.

“Bizim Azərbaycanda “PAŞA Holding” ilə 6 aylıq əməkdaşlığımız nəticəsində 3 milyondan çox istifadəçimiz var. Biz bu rəqəmi daha da böyütməyi planlaşdırırıq. Həmçinin ABAD-la əməkdaşlığa başlayırıq. Biz rəqəmsal iqtisadiyyatın ekosisteminə inanırıq. Bu sahədə güvənli əlaqələrin qurulması və dayanıqlı inkişaf edən əməkdaşlıq çox önəmlidir”, – deyə Erdem İnan əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)