Neft bahalaşır - QİYMƏT (30.11.2023)
Treyderlər ABŞ-ın inventar məlumatlarını və OPEC+ nazirlərinin görüşünü gözlədiyi üçün cümə axşamı səhər benchmark neft qiymətləri ardıcıl dinamika göstərmir.
Londonun ICE Futures birjasında saat 9:00-da Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti bir barel üçün 82,95 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,15 dollar (0,18%) aşağıdır.
Daha aktiv şəkildə satılan fevral fyuçersləri 0,16 dollar (0,19%) artaraq 83,04 dollar/barel təşkil edib.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda yanvar ayı üçün WTI neft fyuçerslərinin kotirovkaları bu vaxta qədər 0,18 dollar (0,23%) artaraq bir barelə görə 78,04 dollar təşkil edib.
Bir gün əvvəl qiymətləri Qara dənizdə tədarükə mane olan güclü fırtına xəbərləri dəstəklədi. "Qara dəniz sularında əlverişsiz hidrometeoroloji şərait qalmaqdadır. Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Qara dəniz hövzəsindəki dəniz limanlarında hava şəraiti yaxşılaşana qədər naviqasiya məhdudiyyətləri saxlanılır", - Rusiya Nəqliyyat Nazirliyi bildirib.
Bu arada, ölkənin Energetika Nazirliyinin çərşənbə günü dərc olunan həftəlik hesabatına görə, ABŞ-da kommersiya neft ehtiyatları keçən həftə 1,609 milyon barel artıb.
Trading Economics-ə görə, bu, orta hesabla 933 min barel azalma proqnozlaşdıran analitiklər üçün sürpriz oldu.
Benzin ehtiyatları 1,764 milyon barel, distillatlar isə 5,217 milyon barel artıb. Mütəxəssislər orta hesabla benzin ehtiyatlarının 229 min barel artacağını, distillat ehtiyatlarının isə 394 min barrel azalacağını gözləyirdilər.
Öz növbəsində, OPEC+ nazirləri neft bazarındakı strategiyalarına yenidən baxmaq üçün cümə axşamı (bu dəfə onlayn) yenidən görüşməyə çalışacaqlar. Razılaşmada iştirak edən ölkələrin təkbətək görüşü ötən bazar günü planlaşdırılsa da, bir neçə gün sonra təxirə salınıb.