BİZNES

"Azərbaycan Dəmir Yolları"nın iki şirkəti ləğv olunur

Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus “Təsərrüfat İdarəsi” və “Lokomotiv Servis” MMC-lər ləğv olunur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Təsərrüfat İdarəsi” 1996-cı ildə, “Lokomotiv Servis” 2021-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 100 manat və 200 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)