Qarabağ

Qarabağda sülhməramlıların daha bir postu LƏĞV EDİLDİ

Rusiya sülhməramlılarının Laçın rayonunda yerləşən müşahidə məntəqəsi ləğv olunub.

ENA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb 

Məlumatda bildirilib ki, sentyabrın 19-dan bu günədək Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Xatırladaq ki, Rusiya sülhməramlıları Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)