Oktyabrda bankların xaricdən borclanması artıb
Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il oktyabrın 31-nə 2 milyard 328,8 milyon manat təşkil edir. Bu, 2022-ci ilin sonuna olan göstəricidən 32,2% çoxdur.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, oktyabr ayında bankların xarici öhdəlikləri 1,5% və ya 35,6 milyon manat artıb. Təkcə sentyabrda 11,3 milyon manat artım olub.
AMB-nin məlumatına görə, oktyabr ayının sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 3 milyard 155,1 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2 dəfə azdır.
Oktyabrda bankların xalis xarici aktivləri 275,8 milyon manat və ya 9,6% artıb. Xatırladaq ki, sentyabrda 158,2 milyon manat azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.