Birja

Neft birjalarındakı bugünki qiymət (22.11.2023)

Çərşənbə günü səhər benchmark neftin qiymətləri az dəyişdi. Londonun ICE Futures birjasında saat 9:02-də Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti bir barel üçün 82,42 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 3 sent aşağıdır. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda yanvar ayı üçün WTI neft fyuçerslərinin kotirovkaları bu vaxta qədər 1 sent azalaraq bir barelə görə 77,76 dollar təşkil edib. 

Bazar iştirakçıları gələn həftəsonu baş tutacaq OPEC+ görüşünü gözləyirlər. Daha əvvəl “Financial Times” mənbələrə istinadən yazmışdı ki, o, neft hasilatına ilin sonunda müddəti başa çatan mövcud məhdudiyyətlərin uzadılması və ya yanacaq hasilatının daha kəskin azaldılmasını nəzərdən keçirə bilər.

Bundan əlavə, investorlar ABŞ-ın enerji ehtiyatlarında dəyişikliklərlə bağlı siqnalları qiymətləndirirlər. Amerika Neft İnstitutunun (API) məlumatına görə, ABŞ-ın ehtiyatları keçən həftə təxminən 9,1 milyon barel artıb.

Energetika Nazirliyinin rəsmi məlumatları çərşənbə günü Bakı vaxtı ilə saat 19:30-da dərc olunacaq.

Həftənin sonunda neft bazarında ticarət aktivliyinin ABŞ-da Şükranlıq günü ilə əlaqədar azalacağı ehtimal edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)