Dollar alışı artdı - HƏRRAC (21.11.2023)
Dövlət Neft Fondu bugün (ARDNF) valyuta hərracında banklara 49,6 milyon dollar satıb. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bununla bağlı məlumatında deyilir:
“Noyabrın 21-də keçirilən hərracda tələb 49,6 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”.
Qeyd edək ki, noyabrın 18-də keçirilən hərracda banklara 41,8 milyon dollar məbləğində xarici valyuta satılmışdı. Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.