Aqrar

Azərbaycandan Rusiyaya alma ixracı artıb

Azərbaycan 2023-cü ilin yanvar-sentyabar aylarında 54,187 min ton təzə alma (artım 36,1%) ixrac edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ixrac olunmuş almanın dəyəri 34 milyon 438,69 min dollar (аrtım 33,4%) həcmində qiymətləndirilir.

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 9 ay ərzində RF-yə 31 milyon 521,63 min dollar dəyərində (artım 26%) 48,107 min ton təzə alma (artım 27%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan alma ixracının 88,8%-i Rusiyanın payına düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)