Banklar dollar aldılar - HƏRRAC

Bu gün Dövlət Neft Fondu (ARDNF) valyuta hərracında banklara 41,8 milyon dollar satıb. ENA.az xəbər verir ki, noyabrın 14-də keçirilən hərracda banklara 57,9 milyon dollar məbləğində xarici valyuta satılmışdı.
“Noyabrın 14-də keçirilən hərracda tələb $41,8 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.