Azərbaycan pomidorunun qiyməti Rusiyada ucuzlaşır: nə qədər satış olub?
Azərbaycan pomidoru xüsusən də Rusiyaya satılır. ENA.az xəbər verir ki, Rusiya bazarlarında Azərbaycan pomidorunun əsas rəqibi kimi Türkiyə və Özbəkistan pomidoru yer tutmağa başlayıb. Bu sahədə çalışanların fikrincə, ölkəmiz Rusiya bazarında pomidor üzrə bazar payında xüsusən də qiymət faktoruna görə, rəqiblərinə münasibətdə uduzur. Çünki, ölkəmizdəki məhsulun maya dəyəri baha başa gəlir.
Qeyd edək ki, təkcə Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında 112,071 min ton pomidor ixrac edib ki, bu da 2022-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 0,3% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ixrac edilmiş pomidorun ümumi dəyəri 124 milyon 294,8 min dollar (azalma 7,4%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Bu dövrdə Rusiyaya 119 milyon 992,37 min dəyərində 109,692 min ton pomidor (bütün ixracın 97,9%-i) ixrac olunub. 2022-ci ilin yanvar-sentyar ayları ilə müqayisədə RF-yə pomidor ixracı miqdar ötən ilin səviyysində qalıb, dəyər ifadəsində 7,4% azalıb.
Azərbaycan 2022-ci ildə 167 milyon 608,53 min dollar dəyərində 141,419 min ton pomidor ixrac edib və əsas idxalçı Rusiya olub. Xüsusilə, bu ölkəyə 161 milyon 595,58 min dollar dəyərində 137,586 min ton pomidor ixrac olunub.