Paytaxtda 40 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir
8 Noyabr – Zəfər günü ilə əlaqədar saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 40 sayda (E1, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli) marşrutun hərəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək.