Rəsmi

Prezident 3 hərbçiyə general-mayor rütbəsi verdi - SƏRƏNCAM

Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:polkovnik Fərid Əlibaba oğlu Əliyevə;

polkovnik Namiq Süleyman oğlu Bayramova;

polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)