“Bank Standard”ın müştəriləri Vüqar Abdullayevi görmək istəyirlər
Fevralın 14-də, saat 15:00-da ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.
"BI" xəbər verir ki, bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.
İclasda “Bank Standard”ın ləğv prosesi, onun müflis olmasında təqsirli bilinən hüquqi şəxslərə (Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, KPMG audit şirkəti və s.) qarşı məhkəmə prosesləri müzakirə olunacaq. İclasa kreditorlarla yanaşı, mətbuat və ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev də dəvət olunub.