Gələn il “Sosial-iqtisadi inkişaf Strategiyası”na 5.5 milyard manat xərclənəcək
Azərbaycanda gələn il dövlət büdcəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına 5 milyard 509,1 milyon manat ayrılması nəzərdə tutulur.
Bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, həmin vəsaitin 4 milyard manatını və yaxud 72.6%-ni işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər, 1.1 milyard manatını və yaxud 20%-ni investisiya xərcləri, 409.1 milyon manatını və yaxud 7.4%-ni isə cari xərclər təşkil edəcək.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda “2022–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nın icrası üçün 2 milyard 418,7 milyon manat vəsait yönəldilib.