Milli Məclisdə qaz limitinin ləğvi TƏKLİF EDİLDİ
Əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifinin illik istehlaka dair hesablanmasında limitin ləğv olunması təklif olunub.
ENA.az xəbər verir ki, bu təkliflə deputat Tahir Kərimli çıxış edib.
O qeyd edib ki, Azərbaycanın kifayət qədər qazı var: “Buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm.
Xatırladaq ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.