Bank

Manat 22% bahalaşıb - MƏRKƏZİ BANKIN AÇIQLAMASI

"Daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21.6% möhkəmlənmişdir".

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının bugünkü məlumatında bildirilir.

Qeyd olunur ki, təhlillərə görə, qeyd olunan amil idxal inflyasiyanın məhdudlaşdırılmasında xüsusi rol oynayıb. Manatın xüsusən də əsas biznes tərəfdaşı ölkələrinin valyutalarına nisbətdə möhkəmlənməsi də manatın dəyər qazanmasına təsir edib. 

Mərkəzi Bankın sterilizasiya portfelinin həcmi (manatla məcburi ehtiyatlar və sterilizasiya yönlü daimi imkan aləti daxil olmaqla) yeni pul siyasəti çərçivəsi işə düşəndən bəri (2022-ci il sentyabrın əvvəli) 3.9 mlrd. manat artaraq 6.4 mlrd. manata çatmışdır. 10 ay ərzində banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya vermişdir. Böyük nailiyyət kimi ilk dəfə ölkədə banklararası REPO faizlərinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsini qeyd etmək olar. Belə ki, oktyabr ayında 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 8.38% olmaqla faiz dəhlizinin daxilində formalaşmışdır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)