Banklara dollar satışı azaldı - HƏRRAC
Azərbaycan Dövlət Neft Fondu bugün valyuta hərracında banklara 41 milyon dollar satıb. ENA.az xəbər verir ki, satışın həcmi 32% azalıb.
Oktyabrın 26-da keçirilən hərracda banklara 50,5 milyon məbləğində xarici valyuta satılmışdı.
“Oktyabrın 31-də keçirilən hərracda tələb $41 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - AMB-dən bildirilib.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
ARDNF 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta (2021-ci illə müqayisədə azalma 30%) satıb.