Azərbaycanda ticarət mərkəzi bağlanır
![](https://ena.az/uploads/news/2023-10/_ena_64fb17f8fe1c53b44fa1d76f1_o.jpg)
24 noyabr 2023-cü il saat 10.00-da “Gəncə Universam” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Məlumata görə, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin ləğv edilməsi.
2. Ləğvetmə komissiyasının yaradılması.
3. Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi.
4. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələ-lərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin idarə heyətinin sədrinə müraciət edə bilərlər. Ünvan- Gəncə şəhəri, H.Əliyev prospekti 149-dur.