Birja

SEC Ripple Labs rəhbərlərinə qarşı ittihamları geri götürdü. Kripto bazarı bahalaşdı (20.10.2023)

"Simpsonlar"da adı çəkilən Ripple kripto valyutası ilə bağlı Amerikanın müvafiq dövlət qurumu olan SEC ittihamını geri çəkib. İsrailə hücumdan sonra Amerikanın belə bir addım atmasının arxasında siyasi motivlərin də durduğu iddiası olsa da, bu, bütün kripto bazarına müsbət təsir edib və bugün əhəmiyyətli bahalaşma müşahidə edilir. 

ENA.az xəbərt verir ki, 2 gün əvvəl 26 min dollara düşən bitkoin hazırda 29 min dollardan baha satılır. Bitkoinin canlı qiyməti (BTC/USD) 29,182,64 dollardır. Bitkoin 19,52 milyon dövriyyə ehtiyatı ilə son 24 saat ərzində 2,98% bahalaşıb. 24 saatlıq ticarət həcmi 16,73 milyard dollar təşkil edir. 

Qeyd edək ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Ripple Labs-ın qiymətli kağızlar qanununu pozduğu iddiası ilə açdığı iddiada şirkətin 2 idarəçisinə qarşı ittihamlarını geri götürüb.

ENA.az xəbər verir ki, SEC-in Nyu-York Cənub Bölgəsi Məhkəməsinin hakimi Analisa Torresə göndərdiyi ərizədə Ripple Labs-ın baş direktoru Brad Garlinghouse və Ripple Labs-ın həmtəsisçisi Chris Larsenin kriptovalyuta XRP-nin satışına kömək və köməklik göstərdiyinə dair iddiaların geri götürüldüyü bildirilib.

SEC, 2020-ci ilin dekabrında XRP-nin arxasında duran şirkət olan Ripple Labs və onun rəhbərlərinə qarşı məhkəmə iddiası qaldıraraq, şirkəti və onun iki menecerini 2012-ci ildə istifadəyə verilmiş XRP-ni sataraq 1,3 milyard dollar dəyərində qeydiyyatdan keçməmiş qiymətli kağız təklifi həyata keçirməkdə ittiham edirdi.

Ripple, transsərhəd ödənişləri asanlaşdırmaq üçün hazırlanmış bir token olan XRP-nin qiymətli kağız olmadığını iddia edir.

İyul ayında SEC-in XRP kriptovalyutası üçün açdığı iddia Ripple-ın xeyrinə başa çatıb.

Hakim Torres qərar verdi ki, Ripple birjalarda kriptovalyuta XRP satmaqla federal qiymətli kağızlar qanununu pozmayıb. Torres daha sonra SEC-in bu qərara etiraz etmək tələbini rədd etdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)