Azərbaycanda ilk dəfə aviasiya vasitəsi ilə meşədəki heyvanlar peyvəndlənib
“Bu il Azərbaycanda region ölkələri arasında ilk dəfə aviasiya vasitəsindən istifadə edilməklə meşə massivində vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsi həyata keçirilib”.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün keçirilən Regional Seminarda deyib.
Sədr müavininin sözlərinə görə, bu tədbir davam etdiriləcək: “Həmçinin, tədbirin regional effektinin təmin olunması üçün Rusiya Federasiyası və Gürcüstan Respublikası ilə uyğunlaşdırılmış şəkildə eyni strategiyanın həyata keçirilməsinə dair müzakirələr aparılır”.