Hesabatlar

AccessBank 2023-ci ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini açıqlayır. 

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

Bank, 2023-cü ilin 3-cü rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

  • Kredit portfeli 29.7% artaraq, 992.4 milyon manata yüksəlib.
  • Kredit portfelinin 75.8%-ni biznesə ayrılmış kreditlər təşkil edir. Biznes portfeli 22.8 % və ya 139.8 milyon manat artıb. 

AccessBankın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

  • Faiz gəlirləri 41.6% artaraq, 142 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 55.2% artıb və 88.7 milyon manata yüksəlib. 
  • Qeyri-faiz gəlirləri 57.2% artaraq, 13.4 milyon manata çatıb. 
  • Xalis əməliyyat mənfəəti 3.1 dəfə artaraq, 40.9 milyon manata çatıb. 
  • Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 5.6 dəfə artaraq 29.3 milyon manata çatıb.  

Bütövlükdə, Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.5% artaraq, hesabat dövrünün sonunda 1.4 milyard manata çatır. 

  • Eyni zamanda, bankın likvid aktivləri 331.1 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 23.7%-i həcmindədir. 
  • Bankın depozit portfeli 27.8% artaraq 1025.6 milyon manat təşkil edir. 
  • Əhalinin müddətli əmanətləri 22.7% artaraq, 680.6 milyon manata çatıb. Bu isə, əhali arasında AccessBank – a olan güclü inamın əsas göstəricilərindən biridir.

AccesBankın kapital buferi də böyüyüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu kapitalın həcmi 52.4% və ya 46 milyon manat artaraq 133.9 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə artıqdır. 

Bankın fəaliyyət şəbəkəsi 14–ü Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filial üzərindən təşkil olunub, həmçinin müştərilərə rəqəmsal xidmətlər təqdim olunmaqdadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)